Rövşən Əkbərovun bacısı oğluna vəzifə verildi

Polis polkovniki Samir Həsənov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə rəis təyin edilib.

Olaylar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O, bu təyinatadək Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Samir Həsənov həbsdə olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31