Bakıda apteklərdə nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.

Bu barədə  mərkəzdən bildirilib.

Qeyd edilib ki, yoxlamalar zamanı 4 aptekdə nöqsan aşkarlanıb, 9 adda dərman vasitəsi (38 qutu) müsadirə edilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.

Bakıda apteklərdə nöqsanlar aşkarlandı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31