Sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb

Həftəsonu aşkar edilmiş kobud qayda pozuntularına dair Baş DYP İdarəsi məlumat yayıb.

Olaylar.az xəbər verir ki, məlumatda deyilir:

"Həftəsonu Respublika yollarında sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 70 şəxs DYP əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülmüşdür.

Təəssüflər olsun ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atır ki, əksər hallarda bu əməllərin sonu ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.

Bir daha bütün yol hərəkəti iştirakçılarından xahiş edirik ki, yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31