Sürücülərin nəzərinə - Sabahdan “28 May”ın qarşısına maşınlar buraxılmayacaq

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan 28 May metrosunun qarşısına şəxsi avtomobillər girişi bağlanacaq.

Olaylar.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: "Bu sabah ictimaiyyətə açıqlanacaq".

Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31