Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub (FOTO) (YENİLƏNİB)

Fevralın 26-sı saat 19 radələrində Tərtər rayonu ərazisində 1984-cü il təvəllüdlü Elburus Şəmilovun öldürülməsi barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurtorluqdan  verilən məlumata görə, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

20:19

Tərtərdə 43 yaşlı kişi öldürülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub (FOTO) (YENİLƏNİB)

Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub (FOTO) (YENİLƏNİB)
Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub (FOTO) (YENİLƏNİB)
Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub (FOTO) (YENİLƏNİB)
Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub (FOTO) (YENİLƏNİB)
Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub (FOTO) (YENİLƏNİB)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31