Şəhid Heybətalı Məmmədovun məzarı ziyarət olunub FOTOLAR
26 Fevral 2024 15:42 Sosial23.02.2024-cü il də Qobustan rayonu Qaracüzlü kənd sakini Məmmədov Heybətalı Dostalı oğlunun şəhadətə qovuşmasının ildönümü münasibətilə YAP Qobustan rayon təşkilatının əməkdaşları, Qobustan rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Anım mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov bildirdi ki, yeni dünyaya gələn insan ilk növbədə anasını görürsə, qədəmlərini doğma Vətən torpağında atır: "Bu baxımdan hər bir insan üçün Vətən ana qədər müqəddəsdir, əzizdir. Vətənə bağlılığın, torpağa sevginin nəticəsidir ki, insanlarımız Müqəddəs Vətənimizin erməni işğalçı qüvvəlindən müdafiəsində şirin canlarından keçməkdən çəkinməyiblər. Heybətalı Məmmədov kimi igid, cəsur oğullarımız şəhid olsalar da təsəllimiz ondan ibarətdir ki, onların qanı yerdə qalmadı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən savaşı ilə 30 illik erməni işğalına son qoyuldu. Müzəffər Azərbaycan ordusu Fateh Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinə möhtəşəm zəfər səlnaməsi yazdı. Bu gün artıq üçrəngli bayrağımız Xankəndində, Xocalıda, Şuşada, Ağdamda, Əskəranda və digər işğaldan azad edilən ərazilərdə dalğalanır. Bu uğurlar, parlaq qələbələr Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişafda olan ölkəmizin gücünün, qüdrətinin bir daha bütün dünyaya nümayişidir".
Q.Qasımov çıxışında onu da bildir ki, Qobustan rayonunda torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik məqamına yüksələn şəhidlərin ailə üzvlərinə, qazilərə olan qayğı hər zaman xüsusi diqqət mərkəzində olub: "Vaxtaşırı olaraq rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov şəhid ailə üzvləri ilə görüşlər keçirir, onların üzləşdikləri problemlərinin, qayğılarının həllinə yardımçı olur, qazilərin işlə təminatı, sosial- məişət problemlərinin həll istiqamətində əhəmiyyətli addımlar atılır. Şəhid məzarlarının ətrafında təmizlik işlərinin aparılması ağacların, gül kollarının əkilməsi, onların xatirəsinə yaradılmış park və xiyabanlar da, abidə -bulaq kompleksilərində əsaslı şəkildə təmir tikinti işlərinin görülməsi artıq ənənə halını çevrilib".
Qobustan rayon İcra Hakimiyyətinin şöbə müdiri Aftandil Şikarov çıxışında şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu bildirdi: "Bir ömür şəhidlərə minnətdarlıq borcumuz var. Hesab edirəm ki, yetişməkdə olan gənc nəsil qəhrəman şəhidlərimizi tanımalı, onların keçdiyi döyüş yolu barədə geniş bilgilər əldə etməli, onlar kimi vətənpərvər olmaldılar".
Aftandil Şikarov 44 günlük Vətən müharibəsində və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirlərində əldə olunan parlaq qələbəmizin Azərbaycanın gücünə güc qatdığını, xalqımızı bütövləşdirdiyini, milli həmrəyliyimizi daha da gücləndirdiyini bildirdi.
Birinci Qarabağ müharibəsinin iştirakçıları, kənd sakinləri İbrahim Hüseynov və İntiqam Əliyev çıxışlarında şəhid Heybətalı Məmmədovla olan uşaqlıq xatirələrindən danışdılar.
Qobustan rayon İcra Hakimiyyəti başçısının Qurbançı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azər Cəbiyev, Bələdiyyə sədri Əlikiram Musayev 44 günlük Vətən müharibəsində əldə olunan hərbi qələbədən söhbət açdılar və bildirdilər ki, Vətən Müharibəsində xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi qələbəmizin sürətlənməsinə və düşmənin qısa müddətdə ağ bayraq qaldıraraq təslim olmasına təsir edən əsas amillərdən oldu.
Şəhid Heybətalı Məmmədovun qardaşı İlqar Məmmədov, eləcə də yaxın qohumları Babaveyis İsmayılov, Alxan Əliyev, Ramiz Paşayev və digərləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik!







