Azərbaycanın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün İmişlinin qaz təchizatında fasilə yaranacaq

Bu barədə Olaylar.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir.

Bildirilib ki, "Qaz İxrac" idarəsi tərəfindən "İmişli 1" ölçü qovşağının təftiş edilməsi, həmçinin "İmişli 2" qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı fevralın 26-da saat 14:00-dan 18:00-dək "İmişli 1" ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31