Mark Zukerberq: “Quest 3 Vision Pro-dan daha yaxşı məhsuldur”-ÖZƏL
23 Fevral 2024 19:43 SosialMeta şirkətinin rəhbəri Mark Zukerberq 3500 dollarlıq Apple Vision Pro-nu 500 dollarlıq Meta Quest 3 ilə müqayisə edib.
Olaylar.az xəbər verir ki, baş direktor Quest 3-ün Vision Pro-dan daha yaxşı məhsul olduğunu vurğulayıb.
Quest 3-ün 120 qram daha yüngül olduğunu və bu səbəbdən onun daha uzun müddət istifadə oluna biləcəyini deyən Mark Zukerberq, həmçinin Vision Pro ilə müqayisədə simli batareya paketinin olmaması və daha geniş baxış sahəsi sayəsində daha çox hərəkət etməyə imkan verdiyini söyləyib.
"Mən sadəcə Questin daha yaxşı seçim olduğunu düşünmürəm, məncə Quest daha yaxşı məhsuldur, nöqtə",-deyə o, açıqlamasında qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31