Biləsuvarda əkin sahəsində "Kalaşnikov" avtomatı aşkarlandı
22 Fevral 2024 20:47 SosialBiləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31