Sərhəddə saxlanılan Çexiya vətəndaşı... - Ritter
21 Fevral 2024 19:15 SosialAvropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Azərbaycanla sərhəddə saxlanılan Çexiya vətəndaşının missiyanın əməkdaşı olmadığını bildirib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, Ritter bu barədə erməni mediasına açıqlamasında deyib.
Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. O, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.
Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçməyə cəhd edərkən saxlanıldığını təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31