Oxçuçaydan dörd dəfə su nümunəsi götürülüb

Oxçuçaydan dörd dəfə su nümunəsi götürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə Mülki Hidrometeorologiya xidmətinin rəis müavini Əkbər Əsgərov "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrasda çıxışı zamanı deyib.

"Götürülən nümunələrdə yüksək miqdarda ağır metallarla çirklənmə qeydə alınıb. Ermənistanda fəliyyət göstərən müəssisələrdən Oxçuçay çirkləndirilir.

İşğalaqədərki dövrdə 17 hidroloji, 9 metereoloji stansiya fəaliyyət göstərirdi. İşğaldan azad edildikdən sonra biz o ərazilərə səfər edərkən gördük ki, bütün stansiyalar, məntəqələr məhv edilib, dağıdılıb", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31