İsmayıllı sakini odlu silahı polisə təhvil verib

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı "İJ" markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31