Yenə müəllimlər günahkar, cavabdeh qurumlar isə xilaskar rolunda- ÖZƏL
20 Fevral 2024 11:51 Sosial"Məktəblilərin gündəm olan davranışları ilə bağlı çox maraqlı məqamlar var. Video görüntülər yanvar ayında çəkilib, nədənsə indi yayılmağa başlayıb. Hamımız günahkar axtarmağa başlamışıq. Polis də, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də". "Olaylar" xəbər verir ki, bunu təhsil üzrə ekspert Məzahir Məmmədov deyib. Bildirib ki, adı çəkilən hər iki qrum xilaskar rolunda görünür. Məlumat yayıblar ki, araşdırırıq: "Videodan da görününr ki, şiddət görən də göstərən də problemli ailələrin uşaqlarıdır. Adını çəkdiyim hər iki qrumun bir başa diqqətdə saxlamalı olduğu məsələni hadisə baş verəndən sonra mətbuatla bir eləməsinə günahı özündən yayındırmasına göz yummaq olmaz. Zəhmət çəkib məktəblərlə sıx əlaqədə işləsinlər. Məktəb mühitini pozan roblemli ailələrin uşaqlarını aşikar edib onlara qanunun tələb etdiyi şəkildə valideyinləri qarşısında tələb qoysunlar.
Bu gün sosial şəbəkə üzərində gedən müzakirələrdən də görünür ki, baş verən hadsədə günahkar rolunda yenə də zavallı müəllimlərdir. Hər birimizin ailəsində ya da qohumunda müəllim işləyən kimimizsə var. Müəllimləri ittiham etməzdən əvvəl dönüb bir onlara baxaq görək onlar bu məsələdə nə qədər günhkardır. Valideyinin cəmiyyətin heçmi günahı yoxdur?!"