"Ransomware” nədir və bundan qorunmaq üçün hansı qabaqlayıcı tədbirlərdən istifadə edilməlidir?
19 Fevral 2024 20:43 Sosial"Ransomware" kiberdələduzlar tərəfindən istifadə olunan və yoluxdurduğu sistemlərin əlçatanlığını müxtəlif üsullarla məhdudlaşdıran zərərli proqramdır. Daha sonra isə həmin məhdudiyyətlərin aradan qaldırılması üçün istifadəçilərdən müəyyən məbləğdə vəsaitin ödənilməsi tələb olunur.
Olaylar.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Ransomware"dən qorunmaq üçün qabaqlayıcı tədbirlər aşağdakılardır.
1) Müntəzəm olaraq məlumatlarınızı ehtiyat yaddaşda saxlayın.
2) Veb-saytlara daxil olarkən ünvanların təhlükəsizliyindən əmin olun.
3) Şəbhəli və ya bilinməyən mənbədən gələn e-poçtları açmayın
4) Ancaq lisenziyalı əməliyyat sistemlərindən istifadə edin.
5) Əməliyyat sisteminizə ən son yeniləmələri tətbiq edin.
6) Antivirus proqramlarından istifadə edin.