Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - Rəsədxana (FOTO)

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, Günəşin fəallığı artaraq, maksimal sinifli alışma 3576 oblastındakı X2.5 sinifli alışma olub. Alışmalar nəticəsində Günəşin cənub qütbü yaxınlığında nadir qeydə alınan filament püskürməsi qeydə alınıb. Hazırda sönmə prosesi davam edir.

Hazırda Günəş küləyinin sürəti normaldır (278 km/san).

Günəş küləyinin sürətinin fevralın 16-da baş vermiş tac kütlə atılmalarının təsiri ilə fevralın 19-20-də bir qədər artacağı gözlənilir.

Geomaqnit sahəsinin sakit, lakin qeyri-stabil olacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - Rəsədxana (FOTO)

Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - Rəsədxana (FOTO)

Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - Rəsədxana (FOTO)
Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - Rəsədxana (FOTO)
Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - Rəsədxana (FOTO)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31