Azərbaycanda bələdiyyələrin 95 faizinin xəritəsi hazırdır
19 Fevral 2024 14:17 SosialAzərbaycanda bələdiyyələrin 95 faizinin xəritəsi hazırdır.
Olaylar.az-ın məlumatına görə, bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu xəritələrin müvafiq dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir:
"İqtisadiyyat Nazirliyindən bizə bildirilib ki, iş 95% bitib, amma xəritənin hazırlanması prosesin bitməsi demək deyil. Proses razılaşmalardan sonra bitəcək, bu sahədə intensiv iş gedir. İqtisadiyyat Nazirliyi bu işi yekunlaşdırmaq əzmindədir. Amma özünüz də bilirsiniz ki, sərhəd məsələsi də hər zaman mübahisələr olur. Bu həm rayonlar, həm bələdiyyələr arasında var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31