Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
19 Fevral 2024 10:56 SosialŞagirdlərin elektron yerdəyişməsinə başlanılır.
Bu barədə Olaylar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 20-i saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Lakin XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31