Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək

Fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.

"AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir",- deyə qurumdan məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31