Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minaların sayı AÇIQLANDI

Minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətinin işıqlandırılması məqsədilə Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə mediatur təşkil olunub.

Olaylar.az xəbər verir ki, əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib.

BAMF-ın prezidenti Umud Mirzəyev Qadın minaaxtaranlar layihəsi haqqında məlumat verib.

BAF-ın nümayəndsi Ruslan İbrahimbəyli media nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici söhbət aparılıb.

Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il fevralın 14-dək 345 nəfər mina qurbanı vardır, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.

Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minaların sayı AÇIQLANDI (FOTO)

Azərbaycanın qadın minaaxtaranlarının aşkarladığı minaların sayı AÇIQLANDI (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31