Ağalı kəndində 30 ildən sonra yenə vağzalı çalınacaq

Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy olacaq.

Olaylar.az xəbər verir ki, bununla bağlı görüntülər Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.

Belə ki, kənd sakinləri fevralın 17-si baş tutacaq toy mərasimi ilə bağlı sevinclərini bölüşüblər.

Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31