CINEMO Mobil Film Festivalının Münsiflər Heyəti öz işinə yekun vurdu
14 Fevral 2024 16:13 SosialCINEMO Mobil Film Festivalının Münsiflər Heyəti öz işinə yekun vurdu. Onların adı açıqlandı.
Fikir çəkmə, telefona çək!
CINEMO Mobil Film Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb. Bu barədə festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "Artıq Münsiflər Heyəti səsverməni başa çatdırıb. Hal-hazırda Təşkilat Komitəsi xalların cəmlənməsi ilə məşğuldur. Bundan sonra isə qaliblər bəlli olacaq. Məlumdur ki, festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə onların adı yalnız səsvermədən sonar açıqlanır. Odur ki, artıq festivalın saytında Münsiflər Heyətinin tərkibi açıqlanıb. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edib. Hər bir iştirakçıya uğurlar arzulayıram!"
Münsiflər Heyətinin tərkibi:
Emin Mirabdullayev - Akademik Rus Dram Teatrının rejissoru, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü. "İlin ən yaxşı rejissoru" (2008) və "İlin ən yaxşı klipi" (2004) nominsiyalarında "Humay", "İlin ən yaxşı klipi" (2006) nominasiyasında "Qrand", "Ən yaxşı debüt" (2018) nominasiyasında "Qızıl Pəri" mükafatlarına layiq görülüb.
Əli İsa Cabbarov - Dərviş Prodüser Mərkəzinin direktoru, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri, Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının həmtəsisçisi, "Fokus" analitik kino jurnalının naşirlərindən biri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.
Fehruz Şamıyev - prodüsser, rejissor. İranda keçirilən 9-cu Ruyeş Beynəlxalq Film Festivalının "Müsəlman ölkələri" proqramında baş mükafatı qazanmış "YOL" bədii filminin rejissoru və prodüseri. "ŞEKSPIR", "İSTIQLALİYYƏT" filmlərinin baş prodüseri. Dünyanın müxtəlif Beynəlxalq Film Festivallarının münsiflər heyətinin üzvü. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi 20 illk Baku International Short Film Festivalın direktoru. "ÖZ FİLM "-in direktoru.
Orxan Ağazadə - rejissor. Kann Film Festivalının "Cinefondation Residency" ssenari inkişafı platformasına Azərbaycandan seçilmiş ilk layihə olan "Məhbus" tammetrajlı filminin müəllifi. İki ölkə Almaniya-Fransa istehsallı, ARTE ZDF və CNC tərəfindən dəstəklənmiş "Kinomexanikin qayıdışı" tammetrajlı docu-fiction janrında olan filmin rejissoru.
Sevinc Əliyeva - aktrisa, prodüser. "SFN" film Production-ın təsisçisi, müxtəlif film və seriallarda aktrisa, "Simurq", "Simurq 2", "Vətəndaş A" filmlərinin, bir çox reklam və sosial çarxların prodüseri.
Xatırladaq ki, festival qaliblərini aşağıdakı məbləğlərdə pul mükafatı gözləyir:
"Bədii film" nominasiyası üzrə üzrə 1-ci yer 2000 azn, 2-ci yer 1500 azn, 3-cü yer 1200 azn
"Sənədli film" nominasiyası üzrə üzrə 1-ci yer 1500 azn, 2-ci yer 1200 azn, 3-cü yer 1000 azn
"Sosial çarx" nominasiyası üzrə üzrə 1-ci yer 1200 azn, 2-ci yer 1000 azn, 3-cü yer 800 azn
"Fikir çəkmə, telefona çək" sloqanlı CINEMO Mobil Film Festivalının məqsədləri gənclərin yaradıcı fəallığının dəstəklənməsi, gənclər arasında mobil film istehsalının populyarlaşdırılması, gənclərin mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarlıması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği, istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş "Yaradıcı Həftə" çərçivəsində start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.
Qaliblərin Mükafatlandırma Mərasimi Şərqi Avropa və Mərkəzi Asiya üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_cis canlı yayımlanacaq.
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın www.cinemoff.com internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür: