Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib
14 Fevral 2024 15:21 SosialBaş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib.
Olaylar.az xəbər verir ki, müraciətdə deyilir:
"Xəbər verildiyi kimi fevralın 13-də bir ailənin 5 üzvünün (2-si azyaşlı) qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, təqsirsizlik prezumpsiyası və istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin baş vermə səbəbi və mexanizmi, əməli törətməkdə şübhəli bilinən şəxsi xarakterizə edən hallar, zərərçəkmiş şəxslər barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar, foto və videogörüntülər ictimailəşdirilib.