Jalə Əhmədova növbəti seçici qəbulu keçirib

Millət vəkili Jalə Əhmədova növbəti seçici qəbulu keçirib. Bu barədə "Olaylar"a millət vəkili özü məlumat verib: "Fevralın 13-də Salyan rayonunda seçicilərimin növbəti qəbulunu keçirdim. Qəbulda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər rayon sakinlərini qəbul etdim, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlandım. Əsasən işsizlik və məşğulluq məsələləri ilə bağlı problemləri səsləndirən  seçicilər, illərdir işlə bağlı qeydiyyata alındıqlarını, lakin texniki işlə belə təmin edilmədiklərini bildirdilər. Vətəndaşlar bu məsələdə köməklik göstərilməsini xahiş etdilər. Habelə əlillik,  pensiya problemlərini qeyd etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31