Bu tarixdə Bakıya qar yağacaq
14 Fevral 2024 14:21 SosialBir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31