Magistraturaya qəbul imtahanında birinci oldu - FOTO

Ötən gün Dövlət İmtahan Mərkəzi magistratura imtahanının nəticələri elan edib.

Olaylar.az unikal-a istinadən xəbər verir ki, Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub.

Naxçıvan Muxtar Respublikasının Babək rayonun Qaraqala kəndindən olan G.Məhərrəmli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşması üzrə təhsilini davam etdirmək  arzusundadır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31