Tovuz bazarı bağlanır? -
14 Fevral 2024 12:04 SosialTovuz bazarında qida məhsulları və meyvə-tərəvəz satılan hissə bağlanıb. Bu da satıcıların narazılığına səbəb olub.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, illərdir piştaxta arxasında dayanıb müxtəlif qida məhsulları, meyvə-tərəvəz satan 50-dən çox satıcıya bu gün bazar rəhbərliyinin yeni tapşırığı çatdırılıb.
Satışın dayandırılmasına səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsulların antisanitar şəraitdə satılmasına qarşı tətbiq etdiyi qadağa və cərimələrdir.
AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov məsələ ilə bağlı bildirib ki, qeyd olunan ticarət mərkəzində məhsullar antisanitar şəraitdə satılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31