Bakıda mənzildə ər-arvadın meyiti tapıldı
13 Fevral 2024 19:56 SosialBakıda mənzildən iki nəfərin meyiti aşkarlanıb.
Hadisə Alatava qəsəbəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) AZƏRTAC-a məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, "112" qaynar telefon xəttinə Alatava qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə vətəndaşın qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib. Xilasedicilərin keçirdikləri tədbirlər nəticəsində mənzildə aşkar olunmuş iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31