Meyvələr onkoloji xəstəliklərə səbəb ola bilər

Qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, meyvələrin ömrünü uzatmaq üçün satıcılar onların üzərinə parafin və digər kimyəvi maddələr vururlar. Bu da insan orqanizminə ciddi ziyan vurur və onkoloji xəstəliklərə qədər gətirib çıxara bilər.

"Bu maddələri vurduqda həmin meyvənin üstü daha parlaq olur. Bunu əyani şəkildə görə bilməyimiz üçün xüsusilə xaricdən gələn almaya diqqət yetirməliyik. Həmçinin avokado, armud, qarpız, qalın qabığlı meyvə-tərəvəzlərdə daha çox istifadə olunur", - deyə ekspert Məhsəti Hüseynova qeyd edib.

Satıcılar isə iddia ilə razılaşmayaraq bu kimi kimyəvi maddələrin pərakəndə satış yerlərində olmadığını vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31