Sənədsiz evlərlə bağlı Azərbaycan əhalisinə YENİ XƏBƏR - VİDEO
13 Fevral 2024 10:54 SosialHazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi sənədizdir. Hətta bəzi qeyri-rəsmi rəqəmlərə görə, bu ərazilərdə çıxarışı olmayan evlərin sayı 500 minə yaxındır.
İllərdir həmin fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri çıxarışla təmin edilmir.
Çıxarış verilməməsinin əsas səbəblərindən biri kimi isə həmin əmlakların kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilməsi göstərilir.
Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, fərdi evlərin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın təyinatını tikintiyə dəyişdirmək çətin prosesdir. Buna görə də aidiyyəti dövlət qurumları bu məsələni özləri həll etməlidir. Çünkü, faktiki olaraq aidiyyatı qurumlar tərəfindən həmin ərazilər yaşayış məntəqələri kimi tanınır, bütün kommunikasiya xətləri çəkilib.
Ekspert təklif edir ki, həmin qurumlar monitoriq apararaq, lazmi sənədləri toplayıb kütləvi şəkildə nazirlər kabinetinə təqdim eləsinlər.
Onun sözlərinə görə, bu gün həmin yaşayış massivlərində faktiki kənd təsərrüfatı imkanları yoxa çıxıb. Maldarlıq, əkin-biçin işlərinin aparılması da mümkünsüzləşib.
Ətraflı Xəzər TV-nin süjetində: