Bəstəkar Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir.

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31