Tanınmış aparıcı “Xəzər” TV-dən AYRILDI - Yeni vəzifəyə TƏYİN EDİLDİ 

"Xəzər" TV-nin xəbər aparıcısı Azər Teymurlu 12 ildən sonra kanaldan ayrılıb.

Bu barədə Referans.az-a aparıcı özü məlumat yayıb.

Televiziyanın xəbərlər xidmətinin aparıcısı Azər Teymurlu müvafiq əmrlə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azər Teymurlu "Xəzər" televiziyasında şef redaktor vəzifəsində çalışıb. O, bir sıra önəmli layihələrin - "Aktual qonaq", "Yaşıl ekran" verilişlərinin və xəbərlər xidmətinin aparıcısı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31