Təmir sexi içərisindəki maşınla birgə yandı

Zaqatalada təmir sexi yanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 96 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 m² sahədə və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobili yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31