PFL prezidenti Elxan Səmədov Bakıya gətirildi - AÇIQLAMA

"Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov müalicəsinin ikinci hissəsini Türkiyədə başa vuraraq vətənə qayıdıb".

Olaylar.Az xəbər verir ki bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O bildirib ki, hazırda Elxan Səmədovun ümumi durumunda müsbət inkişaf var:

"Dünəndən etibarən "Bona Dea Hospital"da müalicə və bərpasının üçüncü hissəsinə başlanılıb. Bərpa prosesinin nə qədər davam etməsi, eləcə də bu prosesdə hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31