Magistral qaz kəməri zədələndi, 4000 abonent qazsız qaldı

Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib.

Bu barədə  Azəriqaz İB-dən bildirilib.Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib.

Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31