Dövlət büdcəsi bu sahədən heç bir gəlir əldə edə bilmir -ÖZƏL
2 Fevral 2024 22:01 Sosial"Əmlakların çıxarışlarının alınması proseduru günü bu gün də çətindir.Əgər çətin olmasa idi bu gün ölkədə yüz minlərlə çıxarışsız əmlaklar olmazdı." Olaylar.az-ın məlumatına görə bu sözləri Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib: "Bu gün təkcə Bakının mərkəzində çox sayda yaşayış mossivləri var ki, hələ sovetlər dövründən, təqribi 100 il bundan əvvəldən yaşayış məntəqələri kimi nəzərdə tutulub. Bunlardan "Xutor", "Papanin", "Alatava", "Yasamal" və s. bu kimi ərazilər var ki, bu ərazilərdəki əmlakların böyük hissəsinin çıxarışı yoxdur. Amma ərazi yaşayış məntəqələridir, ərazidəki evlər təxminən 40, 50, 60, 70 il bundan əvvəl tikilmiş evlərdir. Qanunvericilikdə deyilir ki, vətəndaş bir əmlakda 30 ildən artıq yaşayırsa əgər o əmlaka hər hansısa bir iddiası yoxdursa vətəndaş öz əmlakını sənədləşdirə bilər. Lakin ümumən sənədləşmə sahəsində həddindən çox vətəndaşların üzləşdiyi problemlər olduğuna görə, prosedurun özü çətin olduğuna görə bu artıq sadəcə dövlətin öhdəsinə qalıb. Düşünürəm ki, sənədsiz evlərlə bağlı dövlət tərəfindən hər hansı bir ambisiya tətbiq olunarsa, bu zaman çıxarışının verilməsi mümkün olan çoxsaylı əmlaklar çıxarışla təmin olunar və bu da dövlətin yeni bir gəlir sahəsinə çevrilə bilər. Çıxarışsız əmlakların vətəndaşlara yaratdığı təhlükə olduğu kimi həmçinin dövlət büdcəsi bu sahədən heç bir gəlir əldə edə bilmir. Çıxarışları verilərsə, təbii ki, hər bir əmlak torpaq və əmlak vergisinə cəlb oluna, sığortalana, ipoteka yolu ilə satıla və s. ola bilər."