Bir mənzili bir neçə nəfərə satmaqla...-Elnur Fərzəliyev -ÖZƏL
2 Fevral 2024 21:54 Sosial"Təbii ki, əmlakların çıxarışsız alan şəxslər öz əmlaklarını qeydiyyata sala bilmirlər".
Bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Olaylar.az-a olan açıqlamasında bildirdi:
"Hər hansı bir boşanma və yaxud vərəsəlik zamanında məhkəmədə pay bölgüsündə problemlər yaşanır. Yəni, o əmlakın çıxarışı olmadığına görə, mülkiyyət hüququ tanınmadığına görə məhkəmə qaydasıyla ds həmin əmlaklar bölünə bilmir. Vətəndaşlar qeydiyyata düşə bilmir, həmin evlər banka girova qoyula bilmir və s. Xüsusən yeni tikili binalarda mənzillər müqaviləli yolla satılır, yəni ilkin sənəd müqavilə olur. Daha sonra çıxarış verilir.Bir zamanlar bəzi fırıldaqçı tikinti şirkətləri tərəfindən yüzlərlə hətta minlərlə şəxslər aldadıldı ki, bu da həmin binalarda çıxarışların olmaması səbəbindən bir mənzili bir neçə nəfərə satmaqla vətəndaşlara maddi zərərlər vurdular. Bu baxımdan vətəndaşlar hər hansısa bir əmlakı alarkən, istər torpaq sahəsi, istər yaşayış mənzilləri, fərdi həyət evləri daha yaxşı olar ki, çıxarışlı əmlaklar alsınlar. Çıxarışlı əmlak alarkən alqı-satqı notarial qaydada aparıldığına görə bütün məsuliyyət notariat orqanı üzərində qalır. Bu baxımdan çıxarışsız əmlak almaq daha risklidir, nəinki, çıxarışlı".