Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO
2 Fevral 2024 08:44 SosialƏməkdar jurnalist Rəhman Orxan vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.
Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə "Azərikimya" İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31