Azad edilən torpaqlardakı 3 məktəbdə ilk dəfə buraxılış imtahanı keçiriləcək
1 Fevral 2024 16:10 Sosialİşğaldan azad edilən torpaqlarda bu il fəaliyyətə başlayan məktəblərdə ilk dəfə buraxılış imtahanları keçiriləcək.
Olaylar.az xəbər verir ki, imtahanlar Füzuli M.Uluqbəy adına 1 №-li tam orta məktəb, Laçın Şəhər 2 №-li tam orta məktəb, Zabux kənd tam orta məktəbində keçiriləcək.
Xatırladaq ki, ötən il sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə və Laçın şəhəri 2 nömrəli tam orta məktəb tədrisə başlanılıb. 13 dekabr tarixində isə Laçın rayonu Zabux kəndində tam orta məktəb fəaliyyətə başlayıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel 2024-cü il tarixlərində keçiriləcək.