Elm və Təhsil Nazirliyində YENİ TƏYİNAT

Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müdir təyin edilib.

Olaylar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarə olunması ixtisası üzrə isə magistr təhsili alıb.

O, bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azərbaycan Dəmir Yolları" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olmaqla, bir neçə dövlət şirkətində insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31