Gənclər vətənpərvər ruhda tərbiyyə olunur - ÖZƏL
3 Noyabr 2023 11:41 SosialYardımlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin və rayon ümumtəhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Mərkəzdə intellektual bilik yarışı keçirilib. Mərkəzdən "Olaylar"a bildirilib ki, "Zəfər Günü"nə həsr olunan yarışda hər komandada 4 şagird olmaqla ümumilikdə 4 - "İlliada", "Zirvə", "Moran" və "Unikal" komandaları mübarizə aparıb. Gavran kənd F.A.Masiyev adına tam orta məktəbin komandası bilik yarışında1-ci yerə layiq görülmüşdür. Məlumatda o da bildirilib ki, gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunda tərbiyə həmişə ön plandadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31