Keçən il Azərbaycanda təhsildən yayınma hallarının sayı açıqlandı

Azərbaycanın 12 iqtisadi rayonu üzrə 605 təhsildən yayınma halı olub.

Olaylar.az xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.

Qeyd edilib ki, Bakı şəhərinin 12 rayonu üzrə 29 təhsildən yayınma halı qeydə alınıb - Nəsimi rayonu üzrə 8 nəfər (6 oğlan, 2 qız), Pirallahı rayonu üzrə 21 nəfər (12 oğlan, 9 qız).

Azərbaycanın 12 iqtisadi rayonu üzrə 605 təhsildən yayınma halı diqqət mərkəzində olub. Bu rayonlar arasında cənub bölgəsinin məktəblərində təhsil davamiyyəti aşağı olub. Belə ki, Lənkəran-Astara iqtisadi rayonu üzrə 141 nəfər (54 qız, 87 oğlan) təhsildən yayınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31