"Meyvəli" bazarında faciəvi hadisə - Ölən var

Qaradağda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə "Meyvəli" bazarı adlanan ərazidə qeydə alınıb.

1988-ci il təvəllüdlü Saleh Cəbrayılovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə Bədəl Bədəlovun idarə etdiyi "Lada Priora" markalı avtomobil toqquşub.

Nəticədə Bədəl Bədəlov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31