Rusiya Afrikada ehtiyat qüvvələrin gücləndirilməsinə dəstək verə bilər-ÖZƏL

Burundi Prezidenti və Afrika İttifaqının sədri Evariste Ndayishimiye Rusiyanın Afrika Ehtiyat Qüvvələrinin əməliyyat imkanlarının gücləndirilməsinə töhfə verə biləcəyini bildirib. Olaylar.az xəbər verir ki, o, bu barədə Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində TASS-a müsahibəsində danışıb.
Ndayishimiyenin sözlərinə görə, Rusiya kadr hazırlığı, təcrübə mübadiləsi və Afrika dövlətlərinin əməliyyat imkanlarının artırılması sahələrində dəstək göstərə bilər.
O əlavə edib ki, Afrika İttifaqı münaqişələrin qarşısının alınması üçün dialoq və vasitəçilik mexanizmlərini gücləndirməli, yoxsulluq, gənclər arasında işsizlik və icmalararası gərginlik kimi problemlərin aradan qaldırılmasına çalışmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31