Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin iclas zalında "Mülki Müqavilə" və "Güclü Ermənistan" partiyalarının deputatları arasında başlayan mübahisə dəhlizdə əlbəyaxa dava ilə davam edib. Təhlükəsizlik əməkdaşlarının və digər millət vəkillərinin müdaxiləsinə baxmayaraq, tərəfləri sakitləşdirmək uzun müddət mümkün olmayıb. İnsidentsiz ötüşməyən qarşıdurma zamanı "Mülki Müqavilə" fraksiyasının deputatları Roman Hambartsumyan və Artur Hovhannisyan müxalifətçilərin ünvanına hədə-qorxu və təhqir dolu ifadələr səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31