İnsanlar niyə yoxsul olurlar? - ÖZƏL
14 Avqust 2023 15:54 Sosial"Yoxsulların yoxsul qalmasının səbəblərini göstərən 2 əsas izah mövcuddur. Birinci izaha görə, yoxsul qalmanın səbəbi insanın anadagəlmə xüsusiyyətindən, onun motivasiyasından, ambisiyalarından asılıdır. Və bunları dəyişmək mümkün olmadıqca, yoxsul insan yoxsul olaraq qalacaqdır. Bu versiyaya görə yoxsulluğun aradan qaldırılmasına yönəlmiş birdəfəlik ödəmələrin təsiri zaman keçdikcə heç nəyi dəyişmədən aradan qalxacaq və ona görə də ən yaxşı yol yoxsul ailələrin gəlir və istehlakını mütəmadi olaraq dəstəkləməkdir, yənimonlara müavinət ödəməkdir"."Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, ikinci izaha görə, problem imkanların məhdudluğundan, iqtisadi mühitin zəif inkişaf etməsindən qaynaqlanır. Bu versiya yoxsulluğa bir tələ kimi baxır, tələdən çıxmağın yollarının tapılmasını mümkün sayır:
"Birinci izaha görə, yoxsulluqla mübarizə aparmağın faydası yoxdur, yoxsullara dəstəyin optimal yolu onlara requlyar olaraq müavinətlərin ödənməsidir. İkinci izaha görə isə, yoxulluğun öhdəsindən gəlmək mümkündür, amma bu yoxsulluq tələsindən çıxmağa imkan yaradan birdəfəlik və böyük miqdarda dəstəyin edilməsi hesabına baş verə bilər. 2019-cu ildə yoxsulluq üzrə araşdırmalar mövzusunda Nobel mükafatı alan iqtisadçılar sübut etdilər ki, ikinci versiya daha doğrudur. Onlar hesab edirlər ki, xroniki yoxulluğun əsas səbəbi ilkin imkanların həddindən artıq məhdud olması və mövcud şərtlərin bu məhdudiyyətləri keçməyə imkan yaratmamasıdır. İnsanları yoxsulluq tələsindən dartıb çıxarmağln yolu onlara "balıq deyil, tilov" verməkdir. Yəni, pul deyil, requlyar olaraq pul qazanmağa imkan verən aktivlər verməkdir".