Azərbaycanda general-mayor vəfat etdi - FOTO

Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31