Azərbaycanda bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Hal-hazırda geomaqnit sahəsi sakitdir.

Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31