Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB
30 May 2023 16:48 SosialƏri, qaynı və qayınanası tərəfindən döyülən hamilə qadının durumu açıqlanıb.
Bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd edilib ki, 1990-cı il təvəllüdlü T.Məmmədova təcili tibbi yardım briqadası tərəfindən xəstəxananın Təcili Tibbi Yardım bölməsinə təxliyə olunub:
"Ona ilkin olaraq kürəyin və sol sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, dərialtı hematoması diaqnozu qoyulub. Aparılan əlavə tibbi müayinələr zamanı vətəndaşın dörd həftə beş günlük hamilə olduğu aşkar olunub. Həkimlər tərəfindən ona zəruri tibbi xidmət göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31