XEYLİ SAYDA ƏŞYALAR VƏ MALLAR LİMİT HƏDLƏRİNİ KEÇDİYİNƏ GÖRƏ GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ CƏLB OLUNUB - VİDEO
29 May 2023 12:00 SosialXeyli sayda əşyalar və mallar limit hədlərini keçdiyinə görə gömrük rəsmiləşdirilməsinə cəlb olunub
Məlumat verdiyimiz kimi, 27 may 2023-cü il tarixdə Dubay-Bakı aviareysi ilə gələn bir qrup sərnişinə məxsus kommersiya təyinatlı ehtimal edilən xeyli sayda mallar irihəcmli olduqlarına görə gömrük baxışının həyata keçirilməsi üçün daha münasib gömrük rəsmiləşdirilməsi zonasına ünvanlanmışdır.
Vİdeo kadrlardan da göründüyü kimi, aparlımış gömrük baxışı nəticəsində həmin sərnişinlərə məxsus xeyli sayda əşyalar və mallar qanunvericiliklə nəzərdə tutulmuş limit hədlərini keçdiyinə görə gömrük rəsmiləşdirilməsinə cəlb olunmuş və gömrük ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılmışdır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31