Göygöldə selin apardığı iki nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO
26 May 2023 15:03 SosialGöygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, onlar oradakı istirahət mərkəzində yeyib-içiblərmiş.
Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər.
Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31